SON XƏBƏR
  • 02.10.2013 - 12:07
    Bakıda Tahir Salahovun sərgisi açıldı-FOTOLAR
    Bakıda Tahir Salahovun sərgisi açıldı-FOTOLAR
             Heydər Əliyev Mərkəzində Xalq Rəssamı Tahir Salahovun “Əsrlərin qovşağında” adlı fərdi sərgisi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak edib. Sərginin açılışından əvvəl xalq rəssamı Tahir Salahov jurnalistlərin suallarını cavablandırıb. Mərasim iştirakçılarına dərin təşəkkürünü bildirən xalq rəssamı Heydər Əliyev Mərkəzində sərginin təşkilinin onun üçün böyük şərəf olduğunu bildirib:
    “Mən bu gözəl sarayda fərdi sərgimin açılmasından öz yaradıcılığım üçün böyük impuls alıram. Bu sərgini xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edirəm. Çünki 2013-cü il ulu öndər Heydər Əliyev ilidir. Başqa cür ola da bilməz”.
    Sonra mərasim iştirakçıları sərgiyə baxıblar. Sərgidə məşhur fırça ustasının müxtəlif dövrlərdə, eləcə də son illərdə çəkdiyi 100-dən çox əsər nümayiş etdirilir. Onların sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti, həmçinin Qara Qarayev, Dmitri Şostakoviç və Mstislav Rostropoviçin portretləri, “Sənə bəşəriyyət”, “Aydan”, “Neftçinin portreti”, “Alagöz – Şərq əfsanəsi”, “Aydan – Şərq ulduzu”, “Odlar yurdu” triptixi –“Atəşgah”, “Xəzər bu gün”, “Qız qalası” və digər məşhur əsərləri də yer almışdır. Sərgidə, həmçinin Tahir Salahovun ilk dəfə məhz Heydər Əliyev Mərkəzində sərgilənən işləri də vardır. Ekspozisiyada rəssamın həm tabloları, həm də rəsmlərinin xalça versiyası təqdim olunur. Tahir Salahovun 85 illik yubileyi ərəfəsinə təsadüf edən bu sərgi Heydər Əliyev Mərkəzinin Azərbaycan rəssamları ilə bağlı həyata keçirdiyi ilk layihədir. Bu layihə Azərbaycanın klassik rəssamlıq ənənələrinin yaşadılmasına, tanıdılmasına xidmət edir.
    Sərgi noyabrın 6-dək davam edəcək.




    /azərtac/
    Baxış sayı:
    205
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    18-07-2019
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2019
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio