SON XƏBƏR
  • 13.12.2013 - 16:59
    Barmaqları ilə möcüzə yaradan xanım-FOTOLAR-VİDEO
    Barmaqları ilə möcüzə yaradan xanım-FOTOLAR-VİDEO
             Qeyri-adi rəssam Ülviyyə Musayeva. Adətən deyirlər xanəmlardan yaşını soruşmazlar. Heçxanımlar özləri də yaşlarına deməyi sevmirlər. Amma müsahibimiz barmaqları ilə sənət əsərləri yaradan Ülviyyə xanım yaşının 30 olduğunu dedi. Ailəlidi, hələki övladı yoxur. Onun rəssamlığı  isə təxminən bir il əvvəl üzə çıxıb. Hər şey Ülviyyə xanımın yaşadığı bir stressdən sonra ortaya çıxıb. Çəkdiyi əsərləri yaxınlarının məsləhəti ilə məşhur rəssamlarımıza göstərir. Onların verdiyi qiymət isə yüksək olur. Məhz elə bu da Ülviyyə Musayevanı rəssam olmasın təkan vermiş olur. O,  çəkdiyi əsərlərində əsasən kosmos və ya təbiət fonunda fantastik qadın obrazlarını yaradır. 2 möhtəşəm sərgi və 2 master klassdan sonra Ülviyyə xanım gələn ilin yanvar ayında 3 –cü sərgisini nümayiş etdirməyə hazırlaşır. Yeni  əsərlər nümayiş olunacaq. Ülviyyə xanım bütün əsərlərini barmaqları və əlinin içi ilə çəkir. Belə rəssamlara Azərbaycanda çox az rast gəlinir. Ülviyyə Musayeva əsərləri ilə dünyaya öz nağılını çatdırmaq istədiyini  və dünyanı az da olsa daha yaxşı etməyə çalışdığını deyir. Ülviyyə xanım rəsm əsərləri ilə yanaşı xanımların dırnaqlarında və eləcə də üz nahiyyələrində də maraqlı işlər yaradır. Həmçinin müxtəlif bəzək əşyaları hazırlayır. Bundan başqa müxtəlif şüşə qabların üzərində maraqlı əsərlər işləyir. BAKUTODAY adından Ülviyyə xanıma uğurlar arzu edirik...





     
    Baxış sayı:
    247
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    21-09-2019
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2019
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio