SON XƏBƏR
  • 24.03.2014 - 14:45
    Tağı Əhmədov Dubaydan danışdı.
    Tağı Əhmədov Dubaydan danışdı.

    Tağı Əhmədovun həqiqətən ölkəni tərk etməsini və onun Dubayın ən bahalı otellərindən birində istirahət etməsi xəbərini dəqiqləşdirmək üçün, eks-rəislə əlaqə saxlayıb. Tağı Əhmədov isə açıqlamasında ölkəni birdəfəlik tərk etməsi xəbərinin yalan olduğunu bildirib: ”Kim mənim ölkəni birdəfəlik tərk etdiyimi deyirsə, o qələt edir, başını da daşa döyür. Hamı kimi mən də bayramla əlaqədar ailəmlə birgə Dubaya gəlmişəm. Hal-hazırda burda istirahət edirik. Burda ucuz otel yoxdu, kimsə mənim qaşıma-gözümə aşiq deyil ki, mənə oteli ucuz versin... Yaxşı oteldə qalmaq istəyirsənsə, yaxşı da pul ödəməlisən. Ayın 26-sı axşam Bakıya qayıdacağıq. Metro məsələsi ilə bağlı heç nə soruşmayın. O məsələni qapatmışam. Bütün Azərbaycan xalqının bayramını təbrik edirəm”.Qeyd edek ki, Bakı metrosunun keçmiş rəisi Tağı Əhmədovun ailəsi ilə birgə Dubayda istirahətdə olması haqda KİV –də məlumatlar yayılmışdı. Hətta onun ən bahalı otellərdən birində istirahət etdiyi deyilirdi.

    Baxış sayı:
    277
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    14-08-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio