SON XƏBƏR
  • 03.07.2014 - 00:49
    Ukraynada 200 hərbçi ölüb, 619 nəfər yaralanıb
    Ukraynada 200 hərbçi ölüb, 619 nəfər yaralanıb

    Ukraynada aprelin 15-dən terrorçulara qarşı başlayan antiterror əməliyyatları zamanı Ukrayna hökümətinin 200 hərbi qulluqçusu ölüb, 619 nəfər isə yaralanıb. Bu haqda bu gün Kiyevdə keçirilən brifinqdə Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin nümayəndəsi Andrey Lısenko xəbər verib. Lısenko qeyd edib ki, ölənlərdən 150 nəfər Ukrayna silahlı qüvvələrinin qulluqçusu, 7-si Təhlükəsizlik Xidməti əməkdaşı, 6-sı sərhədçi, 13-ü Milli qvardiyaçı və 24-ü milis əməkdaşıdır. Lısenko həmçinin qeyd edib ki, atəşkəsin dayandırılmasından sonra ölkənin şərqində keçirilən antiterror əməliyyatlarında 5 hərbçi ölüb, 31-i isə yaralanıb.
    Qeyd edək ki, 29 Ukrayna hərbçisi Ukraynanın şərqində əsirlikdədir.

    Baxış sayı:
    128
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    21-09-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio