SON XƏBƏR
  • 03.07.2014 - 11:58
    İraq ordusu şiələrə hücum etdi: 30 ölü
    İraq ordusu şiələrə hücum etdi: 30 ölü

    İraq ordusu Kərbəla vilayətində şiələrin toplaşdığı mədrəsələrə hücum edib. ANS PRESS-in məlumatına görə, ordu qüvvələri hücumu ötən gün həyata keçirib. Ərazidəki şiələrlə hərbçilər arasında silahlı toqquşmalar olub. İlkin ehtimallara görə, silahlı toqquşmalar nəticəsində 30 nəfər ölüb, Onlarla insan yaralanıb 100-dən çox adam isə hərbçilər tərəfindən saxlanılıb. Şahidlərin sözlərinə görə, hərbçilər şiələrin dini liderlərindən biri olan Ayətullah Mahmud əl-Hasəni əs-Sarhini həbs etmək üçün mədrəsələrə hücum edib. Sarhi tərəfdarları isə ordu qüvvələrinə qarşı çıxıb və nəticədə silahlı toqquşmalar olub.
    Sarhinin tərəfdarları isə onu ərazidən çıxarmağı bacarıb. İraq hökuməti şiələrin toplaşdığı mərkəzlərə edilən hücumlarla bağlı hələ ki, heç bir açıqlama verməyib.
    Qeyd edək ki, Ayətullah Mahmud əl-Hasəni əs-Sarhi bir müddət əvvəl şiələrin İraq Şam İslam Dövlətinə qarşı cihada çağırılmasının əleyhinə olması ilə gündəmə gəlmişdi.

    Baxış sayı:
    121
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    21-09-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio