SON XƏBƏR
  • 13.09.2014 - 01:30
    Böyük təhlükə: İstanbul yox ola bilər
    Böyük təhlükə: İstanbul yox ola bilər

     

    ABŞ və Türkiyə mütəxəssislərinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, Mərmərə dənizində gözlənilən böyük zəlzələnin episentri İstanbuldan 8 km aralıda "Şahzadə Adaları seqmenti" adı verilən seysmik boşluqda olacaq.

    Bu ərazidə sonuncu zəlzələ 250 il əvvəl baş verib.

    Mütəxəssislərin fikrincə, Mərmərə dənizinin dərinliklərindəki bu seysmik boşluğun qərb hissəsi hər hansı bir zəlzələ yaratmadan sürüşməyə davam edir.

    Ən azı 7 bal gücündə gözlənilən zəlzələnin reallaşması nə vaxt və dəqiq olaraq harada olacağı isə bilinmir.

    Zəlzələlərin şərqdən qərbə doğru irəlilədiyini qeyd edən mütəxəssislər 1999-cu ildə reallaşan “Gölcük” zəlzələsindən sonra növbəti zəlzələ episentrinin İstanbul olacağını ehtimal edir.

    “Gölcük” zəlzələsində minlərlə adamın öldüyü xatırladan mütəxəssislər önləmə tədbirlərinin hazırlanmasının vacib olduğunu qeyd edib.   xezerxeber

    Baxış sayı:
    129
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    21-09-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio