SON XƏBƏR
  • 24.09.2014 - 23:18
    Obama Rusiyanı sülh və diplomatiya yoluna çağırdı
     Obama Rusiyanı sülh və diplomatiya yoluna çağırdı

    ABŞ prezidenti Barak Obama BMT-nin Baş Assambleyasındakı çıxışında bəyan edib ki, hazırda dünya sülh və müharibə arasındadır.
    Bakutoday.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, ABŞ lideri Qərbi Afrikada tüğyan edən Ebola virusunu, Suriya və İraqda terrorçuların qəddarlıqlarını və Rusiyanın təcavüzkar siyasətini qlobal təhlükəsizliyi sarsıdan faktorlar adlandırıb.
    Obama qeyd edib ki, ABŞ Rusiyanın Ukraynaya qarşı siyasətinin dəyişdirilməsi müqabilində rəsmi Moskva ilə əməkdaşlığı bərpa etməyə hazırdır. “Bu halda biz sanksiyaları ləğv edərək Rusiyanın qlobal məsələlərin həllində rolunu dəstəkləyəcəyik”, deyə Obama bildirib.

    Baxış sayı:
    133
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    21-09-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio