SON XƏBƏR
  • 25.09.2014 - 19:26
    ŞOK! ŞOK! Almaniyada bacı-qardaş evliliyi qanuniləşir - TƏLƏB
    ŞOK! ŞOK! Almaniyada bacı-qardaş evliliyi qanuniləşir - TƏLƏB

    Almaniyanın etika şurası bacı-qardaşlar arasında insest münasibətlərin kriminallaşdırılmasına son qoymağı çağırıb. Onlar bacısından 4 uşağı olan qardaşın həbs olunmasından sonra bu məsələni qaldırıblar.
    Bakutoday.az xarici mətbuata istinadən xəbər verir ki, uşaq vaxtı övladlığa götürülən Patrik Stuebinq 24 yaşında 16 yaşlı Susan Karolevski ilə tanış olub.Onlar 2008-ci ildə cinsi əlaqədə olduğu üçün Paatrik həbs olunub. Bir-birini tanımayan bacı-qardaş evlənib və onlar 4 uşaq sahibidirlər.Dəfələrlə apelyasiyaya müraciət edən Patrikin məsələsi ictimai müzakirəyə çevrilib. Cütlüyün yeni doğulmuş körpəsi anasında qalsa da, digər uşaqlar dövlət himayəsinə verilib. Onu da qeyd edək ki, dövlət himayəsinə verilən uşaqlar qüsurludur və bu, valideynlərin bacı-qardaş olması ilə əlaqələndirilir.
    Xatırladaq ki, Almaniya qanunlarına görə insest münasibət qadağandır və buna görə hər kəsi həbs cəzası gözləyir.Almaniyanın etika şurası isə bu maddənin ləğvini tələb edir.Şuranın 14 nəfər üzvü maddənin ləğvini tələb etdiyi halda, sadəcə 9 nəfər ləğv olunmamasını dəstəkləyib.Şura bu qanunun “azadlıqları çərçivəyə saldığını” deyir.
    Onların düşüncəsinə görə, hər iki tərəfin razılığı ilə yaşanan bacı-qardaş münasibətindən dünyaya uşaq gəlməsi qadağa kimi qiymətləndirilməməlidir.
    Ancaq şura bu qanunun yalnız bacı-qardaşlara aid edilməsini, ana-oğul və ya ata-qız münasibətlərinə şamil edilməməyini tələb edir.
     

    Baxış sayı:
    137
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    21-09-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio