SON XƏBƏR
  • 04.10.2014 - 17:16
    “Dnepr” “Qarabağ”la oyunda azarkeşsiz qaldı
     “Dnepr” “Qarabağ”la oyunda azarkeşsiz qaldı

    “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Dnepr” dünən UEFA-nın İntizam Komitəsi tərəfindən cəzalandırılıb. “Apasport”un məlumatına görə, Dnepropetrovsk klubunun Kiyevdə keçirəcəyi növbəti avrokubok matçında stadionunun bir qisminin – fanat sektorunun bağlı olmasına qərar verilib.Bu cəza sentyabrın 18-də Kiyevdə Avropa Liqasının qrup mərhələsinin ilk turunda “İnter”lə baş tutan görüşə görə verilib. “Olimpiyski”də baş tutan həmin oyun zamanı ukraynalı azarkeşlər insident törətmişdilər. Bundan başqa, klub 24 min avro cərimələnib. UEFA həmçinin “Rasizm yoxdur” şüarı yazılmış banneri trubunalarda asmağı “Dnepr”in qarşısına öhdəlik kimi qoyub. “Dnepr”in oktyabrın 23-də “Qarabağ”a qarşı keçirəcəyi oyunda aldığı cəzalar tətbiq olunacaq.Qeyd edək ki, bir müddət əvvəl Ukrayna mətbuatında “Kopenhagen”lə Çempionlar Liqasının oyununda yaşananlara görə “Dnepr”in “Qarabağ”a qarşı Kiyevdə azarkeşsiz oynayacağı və 50 min avro cəzalandırıldığı bildirilirdi. Ancaq sonradan bu cəzanın şərti olduğu üzə çıxmışdı.

    Baxış sayı:
    138
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    26-05-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio