SON XƏBƏR
  • 07.10.2014 - 19:06
    Milyonçumuzun adına küçə- Moskvada
    Milyonçumuzun adına küçə-  Moskvada

    Rusiya paytaxtının abadlaşdırılmasında önəmli rol oynayan biznesmen və mədəniyyət xadimlərinin adlarının Moskvanın yeni küçələrinə verilməsi müzakirəyə çıxarılacaq.
    Bakutoday.az musavat.com-a istinadən xəbər verir ki, Moskvada Azərbaycan əsilli zəngin işadamı Vahid Ələkbərovun adı Moskva küçələrindən birinə verilə bilər. “İzvestiya” qəzetinin Ümumrusiya Əlillər Cəmiyyəti Moskva şəhər təşkilatının sədri Igor Fedotova istinadla verdiyi xəbərdə belə deyilir.Troitski və Novomoskovski inzibati dairələrinin prefekturalarına yazılı müraciət ünvanlayan I.Fedotov «yeni Moskva»nın küçələrinə paytaxtın abadlaşdırılmasında önəmli rol oynayan biznesmen və mədəniyyət xadimlərinin adlarının verilməsini təklif edib. Konkret təkliflər siyahısında Vahid Ələkbərovla yanaşı, Çulpan Xamatovanın, Konstantin Xabenskinin də adları çəkilir.Müraciətə prefekturaların işçi qrupu toplantısında baxılacaq və yeni adlandırılacaq mümkün küçələr müəyyənləşdiriləcək. Qüvvədə olan qanunvericiliyə görə, şəhər obyektlərinin hələ yaşayan insanların adını daşıması üçün Moskva merinin və ya Rusiya prezidentinin tövsiyəsi vacib sayılır. Igor Fedotovun fikrincə, Moskvanın inkişafında böyük xidmətləri olan məşhur xeyriyyəçi adlarının paytaxt küçələrində əbədiləşdirilməsi ənənəsi əvvəllər də olub və bu ənənəni bərpa etməyin vaxtı çatıb.

    Baxış sayı:
    161
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    21-09-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio