SON XƏBƏR
  • 01.02.2016 - 16:41
    Xalq artisti Lütfi Məmmədbəyovun anım günüdür.
    Xalq artisti Lütfi Məmmədbəyovun anım günüdür.

    Aktyor, rejissor, ssenari müəllifi, filmlərin bədii rəhbəri, Azərbaycanın Xalq artisti Lütfi Məmmədbəyovun anım tarixidir.Lütfi Şahbaz oğlu Məmmədbəyov 1927-ci ildə Ağdaşda anadan olub. Teatr Texnikumunda, M.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində təhsil alıb. 1947-ci ildə bir müddət Musiqili Komediya Teatrında, Gənc Tamaşaçılar Teatrının truppasında işləyib. 1961-ci ildə Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb.Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov Akademik Milli Dram

     

    Teatrının səhnəsində bir neçə tamaşanın, televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru olub. Respublikada ilk çoxseriyalı televiziya filminin rejissorluğu da Lütfi Məmmədbəyovun adı ilə bağlıdır. O, Əlibala Hacızadənin əsəri əsasında 12 seriyalı "İtkin gəlin" televiziya filminin qoyuluşunu həyata keçirib.

    "Qızıl dərviş" mükafatı laureatı, Xalq artisti Lütfi Məmmədbəyov 2004-cü il fevralın 1-də vəfat edib.


    Baxış sayı:
    320
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    18-07-2019
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2019
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio