SON XƏBƏR
  • 12.02.2016 - 17:11
    İcazəsiz filmləri yayımlayanlar cərimələnəcək
    İcazəsiz filmləri yayımlayanlar cərimələnəcək

       Mədəniyyət və Turizm Nazirliyi İnzibati Xətalar Məcəlləsində dəyişikliklə bağlı məlumat yayıb.

      Mülkiyyət formasından, buraxılış vaxtından və yerindən, texnikasından və istehsal üsullarından asılı olmayaraq milli, xarici və ya müştərək bədii, xronikal, sənədli, elmi- kütləvi, təhsil, cizgi və başqa janrlarda çəkilmiş filmlərin qanunsuz nümayişi, pornoqrafiya və zorakılıq təbliğ edən filmlərin yayımının qarşısının alınması, tamaşaçı auditoriyasının yaş kateqoriyalarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmalı və filmlərin dövlət reyestrinə daxil edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 223-11-ci maddəsinə əsasən kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə iki min manat miqdarında cərimə edilir. Bu səbəbdən də nazirlik ölkəmizdə yayım üçün nəzərdə tutulan filmlərin Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmasını və filmlərin dövlət reyestrinə daxil edilməsini tövsiyə edir. Qafqazinfo

    Baxış sayı:
    205
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    17-08-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio