![]() |
BAKUTODAY.AZ təqdim edir...Sovet Sosialist Respublikaları İttifaqı, qısaca: Sovet İttifaqı, SSRİ (rus. Союз Советских Социалистических Республик, СССР) — 1922-1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninzm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur.Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln).