SON XƏBƏR
  • 18.02.2016 - 20:48
    Tanınmış rəssamın fərdi sərgisi açıldı
    Tanınmış rəssamın fərdi sərgisi açıldı

    Fevralın 18-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, tanınmış rəssam İsa Məmmədovun fərdi sərgisi açılıb.

    Gün.Az xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyinin və Rəssamlar İttifaqının təşkilatçılığı ilə reallaşıb.

    Rəssamın sərgidə 60-dək rəsm əsəri nümayiş olunub.

    Tədbirdə Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov çıxış edərək sərginin əhəmiyyətindən söz açıb.

    Bildirilib ki, sərgiyə təqdim olunan sənət əsərləri - rəngkarlıq, yağlı boya, akvarel, qrafika və digər janrlarda işlənib.

    Həmçinin, əsərlərdə rəng çalarları, xoş ovqat və emosionallığın əks olunduğunu qeyd edən A. İbrahimov bunun rəssamın həyatsevərlik və insansevərlik hisslərindən irəli gəldiyini diqqətə çatdırıb.

    Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev çıxış edərək sənətkarın bənzərsiz sənət dünyasından söz açaraq əsərlərin möhtəşəmliyindən bəhs edib.

    Sonra qonaqlar sərgi ilə tanış olublar.

    Baxış sayı:
    203
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    23-04-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio