SON XƏBƏR
  • 21.02.2016 - 00:25
    “Röyaya indi də “çuşka” deyirik...” - Natavan
    “Röyaya indi də “çuşka” deyirik...” - Natavan

    Müğənni Natavan Həbibi əməkdar artist Röya Ayxanın keçmiş “W-trio”çular barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.“Qafqazinfo”nun məlumatına görə, sənətçi “5/5” verilişində məsələyə aydınlıq gətirib.Natavan qeyd edib ki, onlar Röyaya indi də “çuşka” deyirlər:“Elə indi də ona elə deyirik. Nəbilim, məntiqi başa düşmədim. Bəzəyib danışırlar. Demişiksə də, əcəb etmişik. Bizim aramızda o qədər zarafatlarımız olub ki, hamısını bir-bir açıqlasaq... Həmişə hamı yüksəkdə olsun. Biz bir-birimiz üçün heç vaxt ulduz ola bilmərik, bir yerdə böyüyən uşaqlarıq.

    Çox güldüm. Hamımız bir-birzmizə çox şeylər deyirdik. Ona isə lap çox söz deyirdik. Dünəndən o günlər çox yadıma düşüb. İndi bir-birimizi görmürük, hərənin öz işi, ətrafı var”.Xatırladaq ki, Röya Elnarə və Natavanın ona həmişə “çuşka” dediyini bildirmişdi:“Həmişə “W-trio” vaxtı qızlar məni "prikol"a tuturdular. İngilis dilini bilmirdim, deyirdilər “çuşka”san, sən pul qazanmaq üçün toyxanalarda oxuyacaqsan. Deyirdilər ki, Aşıq olacaqsan... (gülür) O vaxtlar həmişə evə pul aparmağa çalışırdım. Bu çox gözəl stimul idi. İndi onlar inciməsinlər, hər şey dəyişdi. Elnarənin, Natavanın geyimlərinə baxıram, deyirəm ay… İngilis dilini bilməklə deyil ki?”

    “Röyaya indi də “çuşka” deyirik...” -  Natavan

    Baxış sayı:
    242
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    25-05-2019
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2019
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio