SON XƏBƏR
  • 21.02.2016 - 19:44
    İlhamənin keçmiş köməkçisinin bacısı öldü
    İlhamənin keçmiş köməkçisinin bacısı öldü

    Müğənni İlhamə Quliyevanın həbs etdirdiyi köməkçisi Mehriban Hüseynovanın böyük bacısı bu günlərdə dünyasını dəyişib.

    AzNews.az xəbər verir ki, bu barədə M.Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov musavat.com-a açıqlamasında bildirib:“Rəhmətlik bacısı onun çox fikrini çəkirdi. Olanlara dözməyib, axırda dünyasını dəyişdi. Bacısının qırx mərasimi bu günlərdə oldu”.

    T.Hüseynov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Mehriban Hüseynovanın işində hələlik heç bir yenilik olmadığını deyib: “Onun barəsində seçilmiş həbs qəti-imkan tədbirinin dəyişdirilməsi ilə əlaqədar prokurorluğa və deputat Çingiz Qənizadəyə məktubla müraciət etmişəm. Ümid edirik ki, hüquq-mühafizə orqanları işə ədalətli yanaşacaq”.

    Xatırladaq ki, hazırda həbsdə olan Mehriban Hüseynova redaksiyamıza üç müraciət ünvanlayaraq, müğənniyə qarşı ittihamlar səsləndirib. Sonuncu müraciətində isə bildirib ki, müğənniyə barışıq təklifi edib. İlhamə Quliyeva isə bunun qarşılığında onun ailəsindən 45 min manat məbləğində pul istəyib.

    Baxış sayı:
    245
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    24-08-2019
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2019
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio