SON XƏBƏR
  • 27.02.2016 - 21:23
    Almaz Ələsgərli uzun fasilədən sonra aktrisa kimi səhnəyə çıxacaq
    Almaz Ələsgərli uzun fasilədən sonra aktrisa kimi səhnəyə çıxacaq

    Əməkdar artist, müğənni Almaz Ələsgərli Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində çıxış edəcək.
    Bu barədə "Report"a tamaşanın rejissoru, xalq artisti İlham Namiq Kamal məlumat verib.
    O bildirib ki, müğənni "Amerikalı kürəkən" tamaşasında baş rolu ifa edəcək: "Teatrda Ramiz Mirişli və Marat Haqverdiyevin "Amerikalı kürəkən" musiqili komediyası hazırlanır. Tamaşada Tünzalə rolunu əməkdar artist Almaz Ələsgərli ifa edəcək. Artıq məşqlər aparılır. Tamaşanın premyerası apreldə olmalıdır. Almaz Ələsgərli İncəsənət Universitetinin Musiqili Komediya fakültəsini bitirib və uzun illər əvvəl Musiqili Komediya Teatrında aktrisa kimi çalışıb. "Nəğməli Könül" adlı tamaşada baş rolu ifa edib. Ona görə də yenidən Almaz xanımı aktrisalıq fəaliyyətinə qaytarmaq istədik."

    Baxış sayı:
    212
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    25-05-2019
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2019
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio