SON XƏBƏR
  • 02.03.2016 - 15:16
    Aşıq Azərin səhhəti pisləşib- FOTO
    Aşıq Azərin səhhəti pisləşib- FOTO

    Mərhum Aşıq Xanların oğlu, 3 ildir ki, “Hepatit B” xəstəliyindən əziyyət çəkən 33 yaşlı Aşıq Azərin səhhəti pisləşib.Bu haqda musavat.com saytına aşığın özü məlumat verib. O, bildirib ki, ikinci ayağı da şişdiyi üçün artıq yeriyə bilmir: “24 gündür ki, xəstəxanadayam. Əvvəl bir ayağımda fil xəstəliyi - kəskin şiş vardı. İndi ikinci ayağım da şişib. Nə ayaqqabı, nə də başmaq geyinə bilirəm. Müalicə dayanıb, mütəmadi ağrıkəsicilər və dərmanlar vurulur. Gözləyirik ki, vəsait yığılsın və İsrailə gedim. Böyüklər nə məsləhət görsə, elə edəcəyik. Bank hesabıma 4000 manat yığılıb. Müalicəm üçün isə 60 min dollar lazımdır”.Aşıq Azər martın 5-də ona yardım məqsədi ilə keçiriləcək xeyriyyə konsertindən də bəhs edib: “Sənət dostlarım sağ olsunlar ki, gəlib baş çəkirlər, maraqlanırlar. Martın 5-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında, saat 17:00-da keçiriləcək. Millət vəkili Qənirə Paşayevaya minnətdaram ki, konsert təşkil edir, müalicə olunub sağalmağım üçün pul toplamağa çalışır. Yardım edən hər kəsə təşəkkür edirəm”.

     

    Qeyd edək ki, Aşıq Azər “Bank Respublika”da hesab nömrəsi açdırıb.

    Ona yardım etmək istəyən şəxslər üçün həmin hesab nömrəsini təqdim edirik: 

    Bank Respublika kod - 380194401151751001
    Şəxsiyyətin seriya nömrəsi - 14040620

    Onu da bildiririk ki, bu hesaba MİLLİ ÖN terminalları vasitəsilə istənilən yerdən ödəniş etmək mümkündür.(Könül İbrahim,)

    Baxış sayı:
    248
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    25-05-2019
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2019
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio