SON XƏBƏR
  • 04.03.2016 - 14:02
    Arda Turan "Barselona"da ilk qolunu vurdu
    Arda Turan "Barselona"da ilk qolunu vurdu

    "Barselona"nın futbolçusu Arda Turan Kataloniya təmsilçisinin heyətində ilk qolunu vurub.Qol.az-ın məlumatına görə, bu, La Liqanın 27-ci turunda "Rayo Valyekano" ilə görüşə təsadüf edib.Matçın 66-cı dəqiqəsində meydana daxil olan Arda 12 dəqiqə sonra rəqibinə qarşı kobud oynadığı üçün hakim ona sarı əvəzinə qırmızı vərəqə göstərib. Lakin səhvini anlayan referi daha sonra qərarını dəyişərək Ardanı sarı vərəqə ilə cəzalandırıb. Oyunun 86-cı dəqiqəsində isə Arda Turan "Barselona"da ilk qoluna imza atıb.Qeyd edək ki, oyun "Barselona"nın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.Arda Turan oyundan sonra bu açıqlamanı verib: "Qol vurduğum üçün çox sevincliyəm. İki səbəb var. Həm uzun müddətdən sonra yenidən fərqləndim, həm də Barcelona kimi klubda ilk qolumu vurdum. Söz verdiyim kimi qoldan sonra diz çöküb, Allaha şükür etdim."

    Baxış sayı:
    261
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    24-08-2019
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2019
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio