SON XƏBƏR
  • 10.03.2016 - 13:23
    Nəhəng obyekt aşkar edildi-Kainaatda
    Nəhəng obyekt aşkar edildi-Kainaatda

        Obyekt Qalaktikadan təxminən 10 min dəfə ağırdır. 

       İspaniya, Estoniya, ABŞ və Böyük Britaniyanın astrofizikaçıları Kainatda nəhəng obyekt – qalaktik sistem aşkar ediblər. Bu barədə qısa şəkildə “New Scientist”də məlumat verilib. Alimlər Günəş sistemindən 4,5-6,4 milyard işıq ili uzaqlıqda 830 qalaktikadan ibarət fövqəltoplanmanı aşkar ediblər. Uzaq obyekt kəhkəşan Qalaktikasından təxminən 10 min dəfə ağırdır. Səthin diametri 180 meqaparsek kimi dəyərləndirilir. Fövqəltoplanmanı BOSS (Baryon Oscillation Spectroscopic Survey) məlumat bazasının yardımı ilə aşkar ediblər. Hazırda qalaktikaların açıq sistemdə dinamikasını müşahidə edə bilmirlər, belə ki, sonuncular Yer kürəsindən çox uzaq məsafədədirlər. Alimlərin fikrincə, Kəhkəşan və yaxınlıqda olan qalaktikalar əsasən də “Andromeda Dumanlığı” digər “Laniakea” (havay dilindən tərcümədə - “Sərhədsiz səma”) fövqəltoplanma qrupuna daxildir. “Laniakea” ilə 160 meqaparsekə yaxın diametri olan kəsik sərhədlənir, bu isə Kəhkəşanın diametrindən beş min dəfə böyükdür. Fövqəltoplanmanın çəkisi Qalaktikanın çəkisindən 100 min dəfə artıqdır. 

    Baxış sayı:
    390
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    24-08-2019
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2019
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio