SON XƏBƏR
  • 14.03.2016 - 00:59
    Dünyanın ən savadlı xalqları - SİYAHI
    Dünyanın ən savadlı xalqları - SİYAHI

    Tədqiqatı Yeni Britaniya adasında yerləşən Sentral Konnektikut Dövlət Universiteti aparıb.

    200 ölkənin əhalisinin “savadlı davranış xarakteri”ndən tutmuş yazıb-oxumaq bacarığına, akademik göstəricilərinə, kitabxanaların, məktəblərin keyfiyyətinə, ölkənin kompüter təchizatına qədər bir çox amillər nəzərə alınıb.

    Finlandiya xalqı dünyanın ən savadlı xalqıdır. Siyahıda II yerdə Norveç, III yerdə İslandiyadır, növbəti yerlər: Danimarka, İsveç, İsveçrə.
    ABŞ VII, Almaniya VIII, Latviya IX, Niderland X, Kanada XI, Fransa XII, Böyük Britaniya XVII yerdədir.

    Sonuncu yeri isə Botsvana tutub. Ondan əvvəl İndoneziya, sondan II yerdə isə Tailand gəlir.
    Tədqiqatı aparan universitetin prezidenti Con Miller deyib: "Finlandiya, Norveç, İslandiya, Danimarka, İsveç ona görə ilk 5 yeri tutublar ki, onların "monolit mədəniyyəti"ndə oxumaq dəyərdir”.

    Fin yazıçı Tove Yanssonun uşaqlar üçün “Mumin” seriyasından kitabları dünyada məşhurdur.
    Aki Ollikaynen

    Başqa bir fin yazıçı, debüt romanı “White Hunger” ("Ağ Aclıq") bugünlərdə Beynəlxalq Man Booker mükafatının uzun siyahısına düşmüş Aki Ollikaynen deyib:
    “Bizim ölkələrimizdə məktəb, oxumaq, yüksək səviyyəli təhsil icbaridir, həm də işçi sinif üçün əlçatandır. Müəllimlik, təhsil çox yüksək qiymətləndirilir.
    Mən fəxr edirəm ki, Fin məktəb sistemi, həmçinin kitabxanaları hamıya açıqdır. Hər kəsin öyrənməyə, oxumağa bərabər imkanı var. Finlandiyada biz buna adi şey kimi öyrəşmişik, amma dünyada bu, lüks hesab olunur”. (azadliq.org)

    Baxış sayı:
    1085
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    24-08-2019
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2019
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio