SON XƏBƏR
  • 22.03.2016 - 23:42
    Bunu yeyən əvvəl dəli olur, sonra da ölür... -Diqqətli olun!
    Bunu yeyən əvvəl dəli olur, sonra da ölür... -Diqqətli olun!

    Bu zəhərli bitkini siqaret əvəzinə çəkmək astmanın dərmanıdır, qadınlar isə gözəl gözlərə sahib olmaq üçün onun dəmləməsindən istifadə edirmiş

    Dəlibəng — əvvəlcə adamı dəli edir, sonra öldürür. Bu bitki Azərbaycanın hər yerində geniş yayılmış bir bitkidir, hətta Bakı şəhərinin bir çox yerində bu bitkiyə rast gəlinir.

    Sputnik bitkilər üzrə mütəxəssis Füzuli Hüseynova istinadla xəbər verir ki, dəlibəng zəhərli bir bitkidir. Tərkibində zəngin alkoloidlər olduğundan çox az dozada dərman bitkisi kimi istifadə olunur. Amma bu bitkini özbaşına yox, xüsusi bilən adamların təyinatları əsasında istifadə oluna bilər. Dəlibəng astma xəstəliyində yarpaqları qurudulur və adi siqaret kimi çəkilir, boğulmuş astma tutmasının qarşısını alır. Yarpaqlarının tərkibində zəngin alkoloidlər olduğundan çox güclü bir ağrıkəsicidir. Yarpaqlarının dəmlənməsini içmək olmaz, yalnız xaricə istifadə oluna bilər.

    Meyvəsinin üstü tikanlı, qozdan biraz böyük olur, partlayır və içindən qara toxumlar görünür. Bu toxumları yeyən adamlar əvvəlcə dəli olur və müxtəlif hərəkətlər edirlər.

    Məsələn, gözlərinə yanan bir işıq görünür və o gördükləri işığın ardınca qaçırlar, durmadan qaçırlar və birdən görürsən durub qışqırırlar. Səbəbini soruşduqda isə deyirlər işıq göyə qalxdı və sairə kimi hallar əmələ gəlir. Bunlara tibbdə halyusinasiyalar deyilir. Bundan sonra kəskin zəhərlənmə baş verir və tədbir görülməzsə, insan həyatını itirə bilir, əsasən uşaqlar bilmədən bu toxumlardan yeyirlər.

    Orta əsrlərdə xanımlar daha gözəl görünmək üçün gözlərinə dəlibənglə dəmlənilmiş su tökürmüşlər. Çünki dəlibəng göz bəbəklərini genişləndirir və xanımlar daha da gözəl görünürmüş. Ona görə o vaxtlar bu bitkiyə gözəl xanımlar gözü kimi adını da vermişlər. Keçmişdə yuxusuzluğun qarşısını alan bir vasitə kimi də bu bitkidən istifadə olunub.

    Baxış sayı:
    889
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    15-08-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio