SON XƏBƏR
  • 25.03.2016 - 12:52
    Göygöldə maşını əlindən alınan kişi özünü yandırdı
    Göygöldə maşını əlindən alınan kişi özünü yandırdı

    Göygöl rayon sakini özünü yandırıb. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ans pess-ə verilən məlumata görə, hadisə Gəncə şəhərində- Dövlət Yol Polisi Şöbəsinin yaxınlığında qeydə alınıb.

    Göygöl rayonunun Quşqara kənd sakini, 1970-ci il təvəllüdlü Nəzər Tofiq oğlu Məmmədəliyev üzərinə benzin tökərək özünü yandırıb. O, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin yardım göstərilən 46 yaşlı kişi Bakıdakı Respublika Yanıq Mərkəzinə göndərilib.

    Mərkəzdən N. Məmmədəliyevin vəziyyətinin ağır olduğunu bildirdilər.

    Yerli mətbuatın yaydığı məlumata görə, N. Məmmədəliyevin avtomobilini yol polisi əməkdaşları cərimə meydançasına aparıblar. O, avtomobilinin yanına buraxılmadığına görə etiraz əlaməti olaraq özünü yandırıb.

    Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

    Baxış sayı:
    281
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    21-01-2019
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2019
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio