SON XƏBƏR
  • 25.03.2016 - 13:16
    Bakının bütün avtobuslarında gediş haqqı kartla ödəniləcək
    Bakının bütün avtobuslarında gediş haqqı kartla ödəniləcək

    Azərbaycanda ictimai nəqliyyatda gediş haqqını ödəmək üçün "BakıKart"ları hazırda gedişin nağd ödənildiyi avtobuslarda istifadə etmək mümkün olacaq. İnterAz xəbər verir ki, bunu Trend-ə "BakıKart" layihəsinin rəhbəri Ceyhun Əliyev deyib.Onun sözlərinə görə, hazırda Bakının bütün avtobuslarında gediş haqqının nağdsız ödənişinin tətbiqi məsələsi müzakirə edilir.C.Əliyev qeyd edib: "Ümid edirik ki, növbəti mərhələdə "BakıKart" kartları digər özəl nəqliyyat şirkətlərinin avtobuslarında da gediş haqqını ödəmək üçün istifadə ediləcək".Xatırladaq ki, hazırda "BakıKart"lar Bakı Metropolitenində və "BakuBus" nəqliyyat şirkətinin 8 marşrutunda gediş haqqını ödəmək üçün istifadə olunur.BakiKart-ların alınması və yüklənməsi MilliÖN terminallarında mümkündür. Kartın qiyməti 2 manat təşkil edir.Bundan başqa, ictimai nəqliyyatdan az istifadə edən Bakı sakinləri və paytaxtın qonaqları üçün məhdud istifadəli Bakı Kart-lar nəzərdə tutulub ki, onların qiyməti 0,2 manat təşkil edir. Bu kartlara yalnız 4 gediş yükləmək olar. Bir gedişin qiyməti də 0,2 manat təşkil edir.

    Baxış sayı:
    318
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    20-02-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio