SON XƏBƏR
  • 31.03.2016 - 12:11
    Taksi sürücüsündən qadın müştəriyə qarşı İYRƏNC ADDIM
    Taksi sürücüsündən qadın müştəriyə qarşı İYRƏNC ADDIM Bakıda fəaliyyət göstərən taksi xidmətlərindən biri ilə bağlı ittiham irəli sürülüb. Bakutoday.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə gənc fəal Rəsul Rəsulov sosial şəbəkələrdə məlumat yayıb. Onun sözlərinə görə, *8844 "City Taxi" xidmətində çalışan sürücü dostunu təhqir edib: "Dünən saat 23:12 radələrində qız dostumu evə yola salırdım, "City Taxi"yə müraciət elədim. Göndərdikləri taksi sürücüsü yolda qadınların alt paltarları barədə söhbət açıb və xanımdan "necə alt paltarı geyinirsiz?" soruşub. Hadisəylə bağlı sürücüyə zəng vurdum, ilk öncə inkar etsə də, sonradan boynuna almalı oldu. Eyni məsələnin başqa bir xanımın başına gələ biləcəyini şübhə etməyib, operatora şikayət etməyi borc bildim. Operator xanım belə də olmalıymış kimi hadisəni qəbul elədi. Şikayətimizə baxılmaması isə "City Taxi"nin məsuliyyətsiz bir şirkət olduğunu göstərir". "City Taxi" isə öz növbəsində açıqlama verib: "Əziz və dəyərli dostlar, dünən baş vermiş məlum insidentin bizi çox təəssüfləndirdiyini bildirirərək bu barədə daha geniş açıqlama vermək istərdik. Hər şeydən öncə, City Taxi şirkəti olaraq prioritetimiz müştərilərimizin rahatlığı və təhükəsizliyidir. Sırf bu səbəbdən məlum hadisənin ictimailəşdirilməsində rolu olan hər bir kəsə şirkətimiz adından dərin təşəkkür edir və sizləri hər zaman belə duyarlı qalmağa çağırırıq.  Daha əvvəl də bildirdiyimiz kimi, nəzərə almaq lazımdır ki, burada problem birbaşa olaraq bir şəxsin psixologiyasından qaynaqlanıb və biz də hər bir başqa şirkət kimi çox təəssüf ki, şəxslərin psixiki vəziyyətini nəzarətimizdə saxlaya bilmərik.  Daxil olmuş şikayətlərdən dərhal sonra bu gün City Taxi rəhbərliyi birbaşa olaraq təşəbbüs göstərərək məsələni dərindən araşdırdı. Şikayətçi tərəflə - Rəsul Rəsulov ilə birbaşa olaraq görüşüldü, şikayəti dinlənildi və şirkətimiz adından üzr istənildi. Hadisənin birbaşa günahkarı olan sürücüyə isə şiddətli töhmət verildi və işdən dərhal azad edildi.  Dəyərli həmvətənlərimiz, City Taxi şirkəti olaraq baş vermiş hadisə ilə bağlı yalnız şikayətçi tərəfdən deyil, bütün müştərilərimizdən, bizə dəyər verən hər bir kəsdən üzr istəyir və bir daha belə hadisələrin baş verməməsi üçün əlimizdən gələni əsirgəməyəcəyimizə söz veririk.  Bu tipli hər hansı bir hadisənin baş verdiyi zaman hər bir kəsdən ən azı City Taxi müştəriləri qədər duyarlı olmağı xahiş edir və sizə xoş və təhlükəsiz səfərlər arzu edirik!"
    Baxış sayı:
    433
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    Naxçıvanda yeni bəbir ailəsi aşkar edilib
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    22-09-2017
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2017
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio