SON XƏBƏR
  • 07.10.2016 - 11:24
    Prezidentin mükafatlandırdığı 10 yaşlı Fidan kimdir? - Fotolar
    Prezidentin mükafatlandırdığı 10 yaşlı Fidan kimdir? - Fotolar Dünən Azərbaycan prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, sərəncama görə, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adı düşən 3 nəfərdən biri Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Hüseynova Fidan Yaqub qızıdır. 10 yaşlı Fidan Azərbaycan mətbuatına o qədər də yad biri deyil. Belə ki, o, iki il əvvəl fransalı müğənni Lara Fabianın Bakı konsertində çıxış edib. Gənc istedad məşhur dünya ulduzu ilə “Je t’aime” mahnısını duet oxuyub. F. Hüseynova bundan başqa Lara Fabianın İstanbuldakı konsertində çıxış edərək həmin mahnını yenidən duet şəklində ifa edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Fidan Azərbaycanda məşhur iş adamının qızıdır. Balaca sənətçinin atası Yaqub Hüseynov "Bridge Group of Companies" şirkətlər qrupunun, “Bridge Plaza” biznes mərkəzinin (Azservice) və “Global Interiors Group” şirkətinin təsisçisidir.



    Baxış sayı:
    252
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    Naxçıvanda yeni bəbir ailəsi aşkar edilib
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    22-09-2017
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2017
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio