SON XƏBƏR
  • 07.10.2016 - 12:27
    Sumqayıtda iylənmiş şirniyyatı sakinlərə kim satır? - Fotolar
    Sumqayıtda iylənmiş şirniyyatı sakinlərə kim satır? - Fotolar Sumqayıt sakini Günay Məmmədova mağazadan aldığı şirniyyat kif çıxdığı üçün redaksiyamıza müraciət edib. Şikayətçi “Qafqazinfo”ya bildirib ki, dünən 17-ci mikrorayonda “Ən ucuz market” adı ilə fəaliyyət göstərən marketdən şirniyyat alıb. Şirniyyatı qablaşdırmadan çıxaran zaman isə onun artıq kifləndiyini görüb: “Qablaşdırmanın üzərində istehsal tarixi göstərilməmişdi, mən də silindiyini fikirləşdim. Evdə paketi açan zaman içinin tamam yaşıl olduğunu gördüm. Kif dadı da gəlirdi. Qeyd olunan istehsalat şirkəti ilə əlaqə saxlamaq istəsəm də, nömrəyə zəng çatmadı. Həmin məhsulu sadəcə mən almamışam, kimsə övladına verə bilərdi. Media vasitəsilə aidiyyatı qurumlara səslənərək bu kimi şirkətlərin nəzarətə götürülməsini xahiş edirəm”. Şikayətçi kimi biz də qablaşdırmanın üzərində qeyd olunan nömrələrlə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmayıb.
    Baxış sayı:
    245
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    18-11-2017
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2017
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio