SON XƏBƏR
  • 16.11.2016 - 21:30
    Bakıda Sara Aşurbəylinin memorial lövhəsini oğurladılar — FOTOLAR
    Bakıda Sara Aşurbəylinin memorial lövhəsini oğurladılar — FOTOLAR

        Bakıda Vidadi 148 ünvanında yerləşən evin fasadından Sara Aşurbəylinin 90 illik yubileyinə quraşdırılmış memorial lövhəsi itib.

    Bakutoday.Az 1news.az-a istinadən xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsinin istifadəçiləri məlumat yayıblar.

    Lövhənin şənbə günündən bazar gününə keçən gecə itdiyi bildirilir.

    “Evin sakinləri bu hadisəyə sosial şəbəkə və KİV-də mümkün qədər diqqət çəkməyi xahiş ediblər. Ümid edirlər ki, xəbər hakimiyyət nümayəndələrinə və Sara Aşurbəylinin qohumlarına, əsasən də İqor Aşurbəyliyə çatacaq” – “Facebook”da ucansican bloqunda yazılır.

    Mənbənin sözlərinə görə, bir neçə gün öncə burada bir nəfər memorial lövhənin şəklini çəkib.

    “Lövhə axşam oğurlanıb, çox güman ki, satmaq məqsədi ilə”, - mənbə bildirib.

     

    Bakı şəhərinin Nəsimi Rayon Polis İdarəsində memorial lövhənin oğurlanması faktı üzrə axtarış-əməliyyat işi aparılır.

    “Oğruların tutulması üçün səy göstərilir, eləcə də əlvan metal qəbul edən məntəqələr də nəzarət altına alınıb”, - idarədən bildirilib.

    Sara Aşurbəyli -  sovet tarixçisi, Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. İstanbulda Müqəddəs Janna d-Ark adına fransız kollecini, Bakı Dövlət Universitetinin şərqşünaslıq, Azərbaycan Pedaqoji İnstitutunun xarici dillər fakültələrini bitirmişdir.

    Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışmışdır. Ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxumuşdur.

    Baxış sayı:
    228
    Müəllif:
    Baku today

    Günün Fotosu
    Naxçıvanda yeni bəbir ailəsi aşkar edilib
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    27-07-2017
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2017
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio