SON XƏBƏR
  • 02.03.2017 - 16:54
    Bakıda tanınmış zərgərin qətli ilə bağlı YENİ XƏBƏR
    Bakıda tanınmış zərgərin qətli ilə bağlı YENİ XƏBƏR

       Fevralın 9-u Suraxanı rayonu Hövsan qəsəbəsi Şabanov küçəsi ev 32-də yaşadığı evdə hücuma məruz qalan 1945-ci il təvəllüdlü Əliyev Yavər Nemət oğlu ilə bağlı bəzi məqamlar aydınlaşıb. Y.Əliyevin yaxınları bildiriblər ki, o, hadisədən 20 gün sonra beyin mənşəli zədə səbəbindən həyatını itirib. Yaxınları qeyd edib ki, Yavər Əliyev bir neçə ay əvvəl insult keçirib və məlum hadisədən 4 gün sonra xəstəxanada komaya düşüb. Həkimlərin səylərinə baxmayaraq, 72 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin necə baş verməsinə gəlincə, fevralın 9-da Y.Əliyev həyat yoldaşını iş yerinə qoyub evə qayıdarkən, təxminən saat 10 radələrində həyətdə tanımadığı iki nəfərin hücumuna məruz qalıb. Evdə tək olan Y.Əliyev həmin şəxslərə müqavimət göstərib. Lakin onlar təkidlə açarları tələb ediblər. Bu zaman Y.Əliyev basqınçılardan birini tutmağa çalışıb və insident böyüyüb. Basqınçılarla əlbəyaxa olan Y.Əliyev müxtəlif bədən xəsarətləri alıb. Açarları ala bilməyəcəklərini görən və müqavimətin davam etdiyini yəqinləşdirən cinayətkarlar hadisə yerindən qaçmağa məcbur olublar.  Bildirilir ki, Y.Əliyev Bakıda tanınmış zərgərlərdəndir. O həm də xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. Hadisədən sonra xəstəxanada ifadə verən Y.Əliyev ona hücum edənlərin üzlərinin açıq olduğunu və onları tanımadığını deyib.  Hazırda cinayəti törətmiş şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.  Lent.az

    Baxış sayı:
    217
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    18-11-2017
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2017
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio