SON XƏBƏR
  • 05.09.2017 - 08:38
    Tovuzda kütləvi zəhərlənmə - 8 nəfər xəstəxanaya yerləşdirildi - SİYAHI
    Tovuzda kütləvi zəhərlənmə - 8 nəfər xəstəxanaya yerləşdirildi - SİYAHI

    Tovuz rayonunda baş vermiş yanğın hadisəsi zamanı kütləvi zəhərlənmə olub.

    Enter.News-un məlumatına görə, hadisə rayonun Düz Qırıqlı kəndində baş verib. Kənd ərazisində ticarət obyektlərindən birində yanğın olub.

    Kənd sakinləri yanğının qarşısını almaq üçün tədbirlər görüb. Yanğının qarşısını alarkən 1 nəfər qadın olmaqla, 8 nəfər tüstüdən zəhərlənib.

    Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Qədimov Eldəniz Eldar oğlu, 1981-ci il təvəllüdlü Vəliyev Mehman Mahmud oğlu, 1994-cü il təvəllüdlü Əsədov Qəhrəman Qüdrət oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Xəyal Əli oğlu, 1990-cı il təvəllüdlü Ələsgərov Elvin Şərif oğlu, 1992-ci il təvəllüdlü Əsədov Murad Qüdrət oğlu, 1976-cı il təvəllüdlü Seyidov Kamran Məhərrəm oğlu və 1967-ci il təvəllüdlü Həsənova Elmira Həsən qızı zəhərlənmə ilə Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

    Zəhərlənənlərə tibbi yardım göstərilib. Hazırda xəstələrin vəziyyəti qənaətbəxş olduğundan onlar ambulator müalicəyə buraxılıb.

    Baxış sayı:
    48
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    Naxçıvanda yeni bəbir ailəsi aşkar edilib
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    23-10-2017
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2017
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio