SON XƏBƏR
  • 05.09.2017 - 08:43
    Aeroport yolunda baş verən qəzada xəsarət alan olub-FOTOLAR
    Aeroport yolunda baş verən qəzada xəsarət alan olub-FOTOLAR

    Bakıda aeroport yolunda ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb. 3 saylı Şəhər Kliniki Xəstəxanasından APA-ya verilən məlumata görə, bu, 1991-ci il təvəllüdlü Tərlan Kazımovdur. O, “Kia” markalı avtomobilin sürücüsüdür. Yaralının vəziyyəti ağır kimi qiymətləndirilir. “Mercedes” markalı avtomobilin yanacağı bitib. Sürücü maşını yolun hərəkətdə olan hissəsində saxlayaraq yanacaq almaq üçün yanacaqdoldurma məntəqəsinə yollanıb. Bu vaxt arxadan gələn “KİA” markalı avtomobil yolda hərəkətsiz dayanan “Mercedes”ə çırpılıb, ardınca isə “London taksi”sinin sürücüsü idarəetməni itirərək maşını “KİA”-ya çırpıb. Hadisə nəticəsində “KİA”da olan bir nəfər ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Hazırda hava limanı avtomagistralında sürət həddi 60 km/saata endirilib. Yolun 1-ci, 2-ci və 3-cü zolağında nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.

    Faktla bağlı araşdırma aparılır. 

    Baxış sayı:
    95
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    Naxçıvanda yeni bəbir ailəsi aşkar edilib
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    23-10-2017
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2017
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio