SON XƏBƏR
  • 01.11.2017 - 06:50
    Kamil Zeynallını “Qarabağ”ın təyyarəsinə buraxmadılar
    Kamil Zeynallını “Qarabağ”ın təyyarəsinə buraxmadılar

    İdmançı Kamil Zeynallı "Qarabağ"ın təyyarəsində söyüş söydüyünə görə gündəmə gəlmişdi.

    Ölkə.az-a istinadla məlumatına görə, K.Zeynallı Çempionlar Liqasının qrup mərhələsində dünən qarşılaşan "Atletiko Madrid" və "Qarabağ" matçını izləmək üçün klubun nümayəndə heyəti ilə birgə İspaniyaya yola düşmüşdü.K.Zeynallı təyyarədə olarkən "Instagram" vasitəsilə canlı yayıma qoşulmuş, "Məhəmməd Maqa" adlı "Instagram" istifadəçisinin ona qarşı xoşagəlməz şərhinə görə təyyarədə həmin şəxsin özünə və ailəsinə yüksək səslə söyüş söymüşdü.

    Həmin vaxt təyyarədə heç kim Kamilin bu tərbiyəsiz hərəkətinə reaksiya verməsə də, bu gün Bakıya qayıdan "Qarabağ" klubunun təyyarəsində Kamilin gəlməsinə icazə verilməyib.Klub rəhbərliyi ona bu hərəkətinə görə futbolçular və digər qonaqlarla birgə eyni təyyarədə uça bilməyəcəyini, Bakıya özünün qayıtmasını bildiriblər.

    K.Zeynallı isə rəhbərliyin bu addımından pərt olub və klub rəhbərliyinə düzgün addım atmadıqlarını desə də, nəticə dəyişməyib.

    Xatırladaq ki, "Qarabağ" Madriddə "Atletiko Madrid" ilə 1-1 - heç-heçə edib.

    Baxış sayı:
    135
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    21-09-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio