SON XƏBƏR
  • 01.11.2017 - 08:04
    Bakıda yaşlı kişi özünü “07”nin qabağına belə atdı – REAL VİDEO
    Bakıda yaşlı kişi özünü “07”nin qabağına belə atdı – REAL VİDEO

    Bakıda İzmir parkının qarşısında “VAZ-2107” markalı avtomobil yaşlı kişini vurub. Qəza anı Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” kamerasi tərəfindən qeydə alınıb.

    Videodan göründüyü kimi, qəza günün qaranlıq vaxtında, keçid olmayan ərazidə baş verir. Hansı ki, hadisə yerindən 100 metr irəlidə - “Statisitika dairəsi” yaxınlığında piyada keçidi var.

    Yaşlı kişi əvvəlcə yolun ortasında – qoşa xəttin üstündə dayanır. Sonra isə qəfləyən qaçmağa başlayır. Bu zaman üzərində taksi nişanı olan “07” onu vurur. Sürücü ayıq tərpənərək dərhal maşını dayandırır və piyadanı maşına mindirərək oradan uzaqlaşır.

    Avtosfer.az bildirir ki, piyadalar yolu keçərkən sağa-sola baxmalı, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin yoluna çıxmamalı, onların təxmini sürətini müəyyən edəndən sonra hərəkətə başlamalıdır. Yolu qaçaraq keçmək təhlükəlidir. Necə ki, bu videoda da tünd geyimdə olan piyadanın məhz qaçaraq yolu keçməsi baş verdi. Əgər o qaçmasaydı qəzanın qarşısını almaq olardı. 

    Son zamanlar baş verən yol qəzaları arasında piyadavurma halları ümümi hadisələrin 50 faizdən çoxunu təşkil edir. Bakıda isə qəzaların 60 faizdən çoxu piyadavurmalardan ibarətdir. Həmin qəzaları da təhlik etdikdə aydın olur ki, piyadavurmalar əsasən günün qaranlıq vaxtlarında baş verir.



    Baxış sayı:
    43
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    18-12-2017
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2017
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio