SON XƏBƏR
  • 01.11.2017 - 09:46
    Xərçəng xəstəliyindən əziyyət çəkən Fuad Poladov səhhətindən danışdı
    Xərçəng xəstəliyindən əziyyət çəkən Fuad Poladov səhhətindən danışdı

    Dörd aydır ki, ağciyər xərçəngindən əziyyət çəkən Xalq artisti Fuad Poladovun müalicəsi davam etsə də, hələlik səhhətində irəliləyiş yoxdur.

    “Həkimlər kimya terapiyasını dayandırıblar. Müalicəmin daha effektli olması üçün xaricdən xüsusi həblər gətirilib. Hazırda onlardan istifadə edirəm. Hələ ki, səhhətimdə heç bir irəliləyiş hiss etmirəm. Sadəcə olaraq, ümidlə gözləyirəm, görüm sonum necə olacaq. Həb müalicəsi başa çatandan sonra yenidən müayinələr aparılacaq. Nəticəyə uyğun olaraq, həkimlər sonrakı mərhələ üçün qərar verəcəklər”, - deyə o söyləyib.

    Yalnız xəstəxanaya gedib-gəldiyini deyən aktyor teatr üçün darıxdığını deyib: “Evdən çıxmıram, arada yalnız xəstəxanaya gedib-gəlirəm. Çoxdandır ki, teatra ayağım dəymir. Çox darıxıram, səhnədən ayrı yaşamaq mənə xəstəlikdən də ağırdır”. /yenicag.az/

    Baxış sayı:
    156
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    17-08-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio