SON XƏBƏR
  • 01.11.2017 - 12:10
    Bakının daha bir parkında pulsuz “Wi-Fi” quraşdırılıb
    Bakının daha bir parkında pulsuz “Wi-Fi” quraşdırılıb

    “Bakı Telefon Rabitəsi” MMC pulsuz “Wi-Fi” xidmətinin əhatə dairəsini İzmir parkına qədər genişləndirib.

    Yaxın zamanlarda xidmətin əhatə dairəsinin “Nərimanov” parkınadək genişləndirilməsi nəzərdə tutulur. Hazırda bu parkda şəbəkə test mərhələsindədir.

    Qeyd edək ki, simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, “Qış parkı”, “Zabitlər” parkı, “Sahil”, “Axundov”, “Sabir”, “Xaqani”, “Hüseyn Cavid”, “Səməd Vurğun”, “Muğan”, “Dədə Qorqud” və “Port Baku Residence”lə “Port Baku Mall” arasında yerləşən “Fashion Avenue” parkları daxildir.

    Xidmət işə salındıqdan indiyə kimi şəbəkəyə 1 milyondan çox qoşulma qeydə alınıb

    Baxış sayı:
    177
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    09-12-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio