SON XƏBƏR
  • 01.11.2017 - 12:20
    Xalq artistinin saytına haker hücumu – FOTO
    Xalq artistinin saytına haker hücumu – FOTO

    Xalq artisti Faiq Ağayevin rəsmi saytı haker hücumuna məruz qalıb.

    Oxu.Az xəbər verir ki, haker qrupu saytın dağıldılmasının səbəbini “Faiq bəy, ana dilinizi unudub, rus dilində sayt açanda bilmirdiniz ki, belə olacaq?” şərhi ilə açıqlayıb.

    F.Ağayev sosial şəbəkə vasitəsilə hakerlərə müraciət edib: “Düz yolu azmış gənclərimizin aqibəti… Əslində, məni onların bulanıq görünən gələcəyi qorxudur, çünki meyarlar, prioritetlər səhv seçilib.

    Vətənə sərhədsiz sevgi və ehtiram nümayiş edən Xalq artistinin neçə illərdir ki, dondurulmuş saytınının cəmi bir  bölümünü haramcasına əldə etmələri ilə arsızcasına öyünürlər. Səbəb isə guya saytın Azərbaycan dili bölməsi ilə bərabər (əlavə etdiyim fotoda bu aydın görünür), həm də rus dili bölməsinin olmasıdır.

    Sözüm məhz və bilavasitə onlaradır. Özünüzə zəhmət verib, 2001-ci ildə fəaliyyətə başlayan, hal-hazırda isə uzun müddətdir ki “under construction” vəziyyətdə olan rəsmi saytıma ayıq başla daxil olsaydınız, görəcəkdiniz ki, sayt iki dildədir.

    Təbii ki, saytın bir xarici dildə də fəaliyət göstərməsi azərbaycanlı artistin ən azı 300 milyonluq rusdilli internet istifadəçi kütləsi arasında təbliğatı üçün hesablanıb. Bir həmvətəninizə səbəbsiz “amansızlıq” sərgiləməyiniz nə qədər dayaz, anti-milli düşüncəyə malik olduğunuzu göstərir.

    Demaqogiya və iyrənc “vətənşüvənlik” ilə ucuz, müəmmalı “şöhrət” qazanmaqdansa, gedin, vətənimiz haqda bütün dünyaya olmazın yalanlar, dəhşətli həqarətlər yayan, Xocalı soyqırımını belə məzxərəyə qoyan Ermənistan saytlarını dağıdın.

    Sizi kəskin şəkildə qınayıram. Ermənilər sizin ucbatınızdan bizə gülür, zavallı “qəhrəmanlar”.

     

    Baxış sayı:
    128
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    17-07-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio