SON XƏBƏR
  • 01.11.2017 - 12:09
    Aydın Mirzəzadə ilə "İşdən sonra": Ən bəyənmədiyim iş mətbəxdə biş-düş etməkdir” (FOTO)
    Aydın Mirzəzadə ilə "İşdən sonra": Ən bəyənmədiyim iş mətbəxdə biş-düş etməkdir” (FOTO)

    Çık-çık, Çık- çık... Hər dəfə saatın əqrəbi və saniyəsi irəliləyib yerin dəyişdikcə narahatlıq bir az da artır. Çünki müsahibimiz gecikir.
    Fotoqrafımız Tuncayla Azərbaycan Dillər Universitetinin foyesindəyik. Dərsdən çıxıb universitetdən gedən kim, tədris ocağına gələn kim...Bu qarışıqlığın içində gözümüz elə hey “İşdən sonra” layihəsinin ilk müsahibini axtarır.  Reportajımız planşdırğımız kimi olacaqmı? sualını düşünərək arada gözüm fotoqrafımız Tuncaya “sataşır”. 


    -Tuncay: Olur da belə gecikmələr, bəlkə seminar uzun çəkib?

    -Hə... O da olar!

    Bu arada oxucularımızn diqqətinə çatdıraq ki, müsahibimiz millət vəkili Aydın Mirzəzadədir...
    Və nəhayət... Aydın müəllim uzaqdan “gözümüzə dəyir”. Hə demək ki, reporatjımız alınacaq.Bu əminliklə müsahibimizə yaxınlaşırıq.

    -Salam Aydın müəllim.

    -Əleykum salam qızım, bağışlayın, seminardan bu qədər gec çıxacağımızı gözləmirdik.

    -Eybi yoxdur. Əsas odur ki, müsahibəmiz alınsın! Aydın müəllim bu günlük rəsmi görüşləriniz Azərbaycan Dillər Univeristetindən təşkil olunan seminarla da yekunlaşdı? Bəs işdən sonra nə edəcəksiniz? 

    -Rəsmi işlər bu günlük hə. İndi mənim üçün daha vacib işlər- ailə qayğıları başlayır. Çünki, evə gedirəm. Düzdür birbaşa evə getməyəcəyik. Evə qədər bir neçə vacib iş görməliyəm. 

    -Aydın müəllim bu gününüz necə keçib?

    Milli Məclisdə olmuşam. KİV-də bəzi çəkilişlərim və müsahibələrim olub. Bir neçə vətəndaşı qəbul etmişəm və telefonda problemlərini dinləyib həllinə kömək etmişəm. Bu gün - 24 oktyabr həm də (müsahibəni aldığımız gün) BMT-nın yaradığı gündür. Bu mövzuda ADU-də təşkil olunan seminarda iştirak etmişəm. İndi də isə sizinləyəm....

    -Bundan çox şadıq. İndi işdən sonra hara gedirsiz? Daha doğrusu gedirik?

    -Bir antik kitab dükanı var, çoxdandır o dükana getməliyəm. 

    -Bəs sonra?

    -Sonrasını yolda deyərəm.


    Nəbi kişi, (sürücüsüdür) zəhmət olmasa “Xəqani” Ticarət Mərkəzinə sürərsən.

    -Aydın müəllim, bəs evin hansı qayğıları sizin üzərinizdədir?

    -Əlbəttə, bu işlər mənə zövq verir. Evdə nə qayğı, çətinlik varsa hamısı ailə başçısının üzərinə düşür. Evdə, ailədə hansısa bir problem varsa, mən düşünürəm ki, bu ailə başçısının buraxdığı səhvlərdən irəli gəlir. Evdən kənardakı işlər mənlikdir. Kommunal məsələlər, bazarlıq, evin təmiri, böyük əşyaların daşınması hamısı mənim üzərimə düşür. Fiziki güc tələb edən işləri oğlumla köməkləşib özümüz həll edirik, çalışıram ki, usta hər deyəndə çağırmayım. Ən bəyənmədiyim iş isə mətbəxdə biş-düş etməkdir, ən yaxşı halda bir kartof, bir soğanı soya bilərəm. Onda da deyirəm ki, məni mətbəxtə bir də yemək hazır olanda çağırın. Mətbəxt işlərində ancaq alım, gətirim... Qida məhsullarından tutmuş digər xırdavata kimi (sabun, qab yumaq üçün maye, qab qubkaları və s.) Yəni, hər mənada evimdən xəbərim olur. Mətbəxə baxıb gözdən keçirirəm ki, nə var nə yox?.. Evin duzu, şəkəri, kartof-soğanı, meyvə-tərəvəzi varmı? Əgər qurtarıbsa alım gətirirəm ki, evdə problem yaranmasın.

    -Mətbəxtdən söz düşmüşkən hansı yeməkləri sevirsiz?

    -Hamsını xoşlayıram.

    -Bəs indi acmısınız?

    Hə, bir az. Mənim yeməkdə yeganə kaprizim çox duzu sevməməyimdir. Eyni zamanda çox yemək yeməyi də xoşlamıram. Sağlam qidalanıram.

    -Sağlam yaşamağa həm də idman etmək də daxildir. Səhərlər idman necə edirsiz?

    -Demək olar ki, daimi olaraq yox. Son vaxtlar üzgüçülüyə gedirəm. 

    -Aydın müəllim işdən sonra harada və kimlərlə istirahət edirsiz? Hansı ki, o mühitdə istirahət edəndə rahatlıq tapırsız?

    ...Ailəm və evim! İşdə olan uğursuzluğu evdə danışmağın əleyhinəyəm. Olur ki, işdən sonra rəsmi dəvətlərə gedirəm. Elə də olur ki, toylara gedirəm. Çalışıram ki, toylara xanımımla gedim. Ev xanımı yalnız mətbəx və qonaq otağı arasında qalmasın. 


    -Müsahib: Evlisiz?

    -Mən: Xeyr.

    -Müsahib: O zaman toyunuza dəvətnaməni gözləyəcəm. Təki Allah butun subaylarımızı xoşbəxt etsin!

    ...Hə Aydın müəllim xanımınızdan söz düşmüşkən bir az da sizi gəncliyə aparaq. Necə tanış olmusuz?

    Mövzuya maraqlı bir lətifə ilə giriş verir.
    Bir gün, bir qadından soruşurlar ki, həyat yoldaşınızla necə tanış olmusunuz. Xanım gələcək həyat yoldaşının necə süpriz etməyindən , elçiliyin incəliklərindən, toya qədər onun hər gününü necə maraqlı etməyindən saatlarla danışır. 

    Kişidən soruşanda isə bir kəlmə deyir ki, elçi getdik verdilər. Gülür... İndi biz də elçi getdik verdilər. Bizi bacım tanış edib. Bacım mənə demişdi ki, onların məktəbinə yeni ingilis dili müəlliməsi gəlib. 

    Çox bəyənmişdi. Mənə də deyirdir ki, onu bir tanıyım. Nəsə günlərin bir günü bacım onunla görüşməli idi. Evdəkilərdən xəbərsiz görüşə bacımın yerinə mən getdim. Və beləliklə, 33 ildir ki, bir yerdəyik. İki övladımız var. Bir oğul, bir qız.

    - Qızınız səhv etmirəmsə hərbiçidir? 

    -Hə düzdür. Bu peşəni seçməyində qətiyyən ona qarşı olmamışam. Əksinə sevinmişəm. Oğlum isə iqtisadçıdır.

    ...Və Xəqani Ticarət Mərkəzinin qarşısındayıq. Antikvar əşyların satıldığı dükan doğru irəlləyirik. Müsahibimiz antik əşyaları toplamaq çox maraqlıdır. Öz dili ilə desək antik əşyaları tapıb - toplamaqdan zövq alır. Elə işdən sonra arada baş çəkdiyi məkanlardan biri də bu antik əşyaların satıldığı dükanlardır. 

    Bu hobbi 1970-ci illərdə yaranıb! 
    İlk kolleksiyam Azərbaycan Demokratik Respublikasının pulları olub. Sonra poçt markaları, qədim əşyalar, kitablar oldu, axırda isə ixtisaslaşdım, yanlız qədim kitabları yığıram. 

    - Bir az da səhvələrindən “əsrlərin qoxusu” gələn kitablardan danışaq. Kitab rəfinizdə kimlərin antik kitabları var?

    -150 illik Quran, 270 illik Bibliya kiatbaları, Lev Tolstoyun sağlığında buraxılmış “Hərb və sülh”, Mirzə Ələkbər Sabirin 1914-cü il nəşri olan “Hop-hopnamə”si var.

    Müsahibimizlə söhbətləşərkən Antikvar dükanın sahibi İlqar dayınını söhbətmizə qoşulmağa dəvət edə bildik. Hərçənd ki, danışmağı elə də çox sevməsə də müsahibimizlə bağlı bir-iki kəlmə fikirini öyrəndik.


    Aydın müəllim bizim dükana 10 ildən çoxdur gəlir. Bizim dəyərli alıcımızdır. Dəyərli kitab olanda onu dəyərini bilən insana satmaq istəyirəm. Yəni Aydın müəllim kimi... Bizə belə kitablar gətirib verəndə birinci Aydın Mirzəzadəyə xəbər verirəm.

    - Aydın müəllim antik kitablarınız arasında ən bahalısı hanısıdır? Həmin kitaba nə qədər pul xərcləmisiz?

    -Danışmağa elə də maraqlı olmayan İlqar dayının yanaqları qaçaraq gülümsəyib suala özü cavab verir:


    Xanım qız, olar bu suala cavab verməyək Bu kommersiya sirridir ! – belə bir zarafatla bizi fikrimizdən yayındırmağa çalışır.

    - Aydın müəllim mətbuatda işıqlanmağından çəkinirsiz?

    -Yox qızım, çəkinəcək yerim yoxdur. Əsas odur ki, kitabları qiymətləndirən tapılır.
    Aldıqları kitabların haqq - hesabını ödəyir.


    - Başqa hansı hobbiniz var?

    -Torpaqda işləməyi çox sevirəm. Düzdür, indi torpaq sahəm yoxdur. Amma olsaydı günümün işdən sonrakı hissəsini orada əkib-becərməkdən zövq alardım.

    -Bu günə kimi etmək istədiyiniz planlarınız varmı ki, hansı ki, həyata keçirə bilməmisiniz? 

    -Dükandakı köhnə kitabları baxaraq sualımıza cava verir : - Bir müddət Amerikada yaşamaq istərdim, politoloq ixtisasımla bağlıdır. Amma indi artıq gecdir. 

    Deputat fəaliyyətimlə bağlı dünyanın 27 ölkəsində olmuşam, amma ABŞ-da olmamışam. Bilirsiz hara getsək də yenə Azərbaycana qayıdacağıq. Baxın adlı-sanlı, fəxrimiz olan Lütfi Zadə... Yenə də son mənzilə Azərbaycanda yola salındı. 

    Ona görə də vətənim mənə çox dəyərlidir.

    Bu arada müsahibimizə zəng gəlir.


    Hə, müəllimə. Aha... indi göndərirəm.

    Baxış sayı:
    97
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    19-02-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio