SON XƏBƏR
  • 03.11.2017 - 07:10
    Bakıda avtomobil reklam lövhəsinə çırpıldı – VİDEO
    Bakıda avtomobil reklam lövhəsinə çırpıldı – VİDEO

    Bakıda sürücünün sükan arxasında yuxulaması qəzaya səbəb olub.

     Report   xəbər verir ki, yol-nəqliyyat hadisəsi Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində baş verib. Əliyev Elçin Fəxrəddin oğlu idarə etdiyi "90-VV-636" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında yuxuya gedib. Nəticədə sürətlə hərəkətdə olan avtomobil yol kənarındakı obyektin reklam üçün nəzərdə tutulmuş daş lövhəsinə çırpılıb. Avtomobilin təhlükəsizlik yastıqları açıldığından sürücü xəsarət almayıb. Amma avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəzaya uğrayan minik vasitəsi cərimə meydançasına yerləşdirilib.

     


    Baxış sayı:
    55
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    18-12-2017
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2017
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio