SON XƏBƏR
  • 03.11.2017 - 11:32
    "Qoca"nın anası Fədayə Laçından danışdı... - FOTO
    "Qoca"nın anası Fədayə Laçından danışdı... - FOTO

    Bakıda keçirilən xüsusi əməliyyat zamanı ölən Qoca ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yas çadırı qurulub.

    Bakutoday.Az teleqraf.com-a istinadən xəbər verir ki, hələlik Qocanın cənazəsi ailəsinə təhvil verilməyib.
    Anası bildirib ki, onun dəfn mərasiminə hazırlıq görülür, yas çadırı qurulub və mərhumun yaxınları Etibar Məməmdovun nəşinin təhvil verilməsini gözləyirlər.

    Qeyd edək ki, mərhumun anası və qardaşı Hacıqabul rayonu, İsrafil Məmmədov küçəsi, 28 ünvanında yaşayır.

    Qocanın anası Svetlana Məmmədova sözügedən sayta bildirib ki, onun 5 övladı olub:
    "4 oğlum, 1 qızım vardı. Qızım rəhmətə getmişdi. Etibar da belə oldu. İki oğlum həbsdədir. Digər oğlumla birgə yaşayıram. Övladlarımın ən kiçiyi Etibar idi. Ən sevimli övladım idi. Uşaqlığı yaxşı keçib. İlk dəfə 16 yaşında həbsə düşdü. Kərbala ziyarətində olub. Qəzəllər yazırdı. İki kitabı çıxıb: "Mirvari damlalar" və "Gözlədiyim illər". Daha bir kitabı çapa hazırlanırdı".
    Svetlana Məmmədova Qocanın müğənni Fədayə Laçınla münasibətlərindən də danışıb:
    "Onlar dost idilər. Fədayə bir dəfə bizim evdə olub. Hacıqabula toya gəlmişdi, sonra da Etibarla görüşmək üçün bizə gəldi".

    Baxış sayı:
    131
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    23-04-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio