SON XƏBƏR
  • 04.11.2017 - 07:58
    Xalq artisti niyə evinə qapandı? : "Qapım bağlıdır, çünki..."
    Xalq artisti niyə evinə qapandı? : "Qapım bağlıdır, çünki..."

    Xalq artisti Zərnigar Ağakişiyeva evinə qapanıb.

    Bakutoday.az informasiya portalı xəbər verir ki, milli.Az saytının əməkdaşının telefon zənglərinə 3 gündən sonra cavab verən aktrisa səhhətindən də danışıb.

    "3 gün idi ki, heç bir telefon zənglərinə cavab vermirdim. Bu gün bir az özümə gəlmişəm. Hava dəyişən kimi evimə qapanıram. Nə çölə çıxıb gəzirəm, nə də ki, qonaq qəbul edirəm. Hələ ki, o gücü özümdə hiss etmirəm. Çünki qonaq gəlsə, gərək oturub onunla gün keçirim. Buna mənim nə səhhətim imkan verir, nə də özüm istəyirəm. Hətta həmkarlarım da mənimlə görüşmək istəyir. Onlar üçün də qapım bağlıdır. Xasiyyətimi bilib nə zəng edirlər, nə də evimə gəlirlər. Noyabrın 6-da ad günümdür, amma heç o əhval-ruhiyyədə də deyiləm", - deyə xalq artisti bildirib.

    Qeyd edək ki, noyabr ayının 6-da xalq artisti Zərnigar Ağakişiyevanın 71 yaşı tamam olur.

    Baxış sayı:
    244
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    09-12-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio