SON XƏBƏR
  • 04.11.2017 - 08:30
    Bilgəhdə modelin batdığı yaxtada deputatın oğlu da olub (VİDEO, FOTO)
    Bilgəhdə modelin batdığı yaxtada deputatın oğlu da olub (VİDEO, FOTO)

    Deputat Elmira Axundovanın oğlu Həbib Axundov son dərəcə bahalı yaxtasını satıb. Alqı-satqı Həbib Axundovun adı hallanan ölüm işindən az sonraya təsadüf edib.

     Bakutoday.az informasiya portalı xəbər verir ki, bu barədə criminal.az saytı yazır.

    Xəbərdə bildirilir ki, 2017-ci il iyunun 26-da Xəzərin Bilgəh qəsəbəsi ərazisində ölüm baş verib. Azərbaycanlı model, “Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Rəşid qızı Mirzəyevanın olduğu yaxta dənizə çıxıb və model müəmmalı şəkildə Xəzərin sularına qərq olub. Fövqəladə Hallar Nazirliyi (FHN) xilasedicilərinin 3 günlük gərgin, davamlı axtarışlarından sonra G.Mirzəyevanın meyiti sudan çıxarılaraq yaxınlarına təhvil verilib.

    G.Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (124.1) maddəsi ilə cinayət işi başlanıb. Modelin dənizə kiminlə, kimin yaxtasında çıxması haqda rəsmi qurumlar bu günə qədər məğrur susqunluq nümayiş etdiriblər. Bilinən odur ki, Günel Mirzəyeva 5 nəfər dostu ilə birlikdə dənizə yaxta gəzintisinə çıxıblar və o, dənizdə boğularaq ölüb.

    Həmin vaxt dostları harada olub, ona niyə kömək etməyiblər, dostlarının ölümə hər hansı bir formada aidiyyatlarının olub-olmaması sualı bu günə qədər açıq qalmaqdadır. 



    Baxış sayı:
    48
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    18-12-2017
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2017
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio