SON XƏBƏR
  • 04.11.2017 - 09:40
    Brilliant Dadaşova Mehriban Əliyevaya Fədayə Laçınla bağlı müraciət etdi
    Brilliant Dadaşova Mehriban Əliyevaya Fədayə Laçınla bağlı müraciət etdi

    Xalq artisti Brilliant Dadaşova Azərbaycanın I vitse- prezidenti Mehriban Əliyevaya məhbusların qaçmasına kömək etməkdə günahlandırılaraq həbs edilən müğənni Fədayə Laçınla bağlı müraciət edib. 

    Bakutoday.az informasiya portalı xəbər verir ki, Baku.ws-in məlumatına görə, Brilliant Dadaşova sosial şəbəkə vasitəsi ilə etdiyi müraciətdə bunları yazıb: 

    "Əzizimiz, sevimli Mehriban xanım. Sizin sonsuz dərəcədə mehriban və qayğıkeş insan olduğunuzu bilirk və bu səbəbdən sizə müraciət edib, istedadlı müğənni, gənc qadın və ən əsası bir övlad anası Fədayə Laçına dəstək olmanızı, onu düşdüyü bəladan xilas etməyinizi xahiş edirik. Mən onu şəxsən tanımıram. Yalnız sizin ədalətli, xeyirxah və heç kəsin dərdinə indiyə kimi biganə qalmadığınızı bildiyim üçün Fədayə Laçına dəstək olacağınıza ümid edirəm. Biz uca tanrıdan cənab prezidentimizə, sizə, övladlarınıza can sağlığı, ailə səadəti diləyirik. Başımızın üstündə daim var olasınız".

    Baxış sayı:
    137
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    22-04-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio