SON XƏBƏR
  • 07.11.2017 - 06:42
    Yol polisi bahalı avtomobilləri cərimə meydançasına saldı – FOTO
    Yol polisi bahalı avtomobilləri cərimə meydançasına saldı – FOTO

    Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları dünən gecə rayon ərazisində reyd keçiriblər.

    Bakutoday.az Avtosfer.az-a istinadən xəbər verir ki, reyd zamanı avtoxuliqanlıq edən 2 sürücü saxlanılıb.

    Onlardan biri 99 GO 505 dövlət nömrə nişanlı, “Chevrolet Camaro” markalı avtomobilin sürücüsü olub. Dəfələrlə qayda pozan sürücü DYP əməkdaşları tərəfindən saxlanılarkən kiməsə zəng edib. Zəng olunan şəxs məşhur iş adamlarından biri olub. O, telefonda yol polislərini təhqir etsə də, sürücünün idarə etdiyi avtomobil cərimə meydançasına aparılıb. Həmin avtomobilə aid xeyli sayda ödənilməyən cərimələrin olduğu da üzə çıxıb.

    Bundan əlavə, reyd zamanı avtomobili sərxoş halda idarə edən 4 sürücü də aşkar edilib. Onlardan biri 99 LP 840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü olub.

    Qeyd edək ki, reyd zamanı cərimələri vaxtında ödəməyən 10 sürücü saxlanılıb, onlara bildirişlər çap olunaraq təqdim edilib. Bəzilərinin avtomobili isə cərimə meydançasına aparılıb.

    Baxış sayı:
    232
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    16-10-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio