SON XƏBƏR
  • 07.11.2017 - 07:26
    Leyla Əliyevadan gənc futbolçulara dəstək - FOTO
    Leyla Əliyevadan gənc futbolçulara dəstək - FOTO

    6 noyabrda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın adından Bakının Xəzər rayonunda yerləşən “Dalğa Arena” stadionunda yeniyetmə futbolçular üçün idman inventarı təqdim edilib.

      Leyla Əliyevanın Azərbaycanda gənclər arasında sağlam həyat tərzinin təbliğ və təşviq edilməsinə xüsusi diqqətini nəzərə alaraq, Kəndlər Futbol Federasiyası və Xəzri İdman Klubu yeniyetmə idmaçılara maddi yardımın göstərilməsi ilə bağlı ona müraciət ediblər.

    Tələb olunan idman ləvazimatları gənc futbolçuları məşq prosesi zamanı ziyarət edən IDEA İctimai Birliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin nümayəndələri tərəfindən təqdim edilib.

    IDEA İctimai Birliyi yarandığı tarixdən gənc nəslin sağlam və məsuliyyətli inkişafı məsələləri təşkilatın həyata keçirdiyi layihələrin tərkib hissəsini təşkil edir. Bu istiqamətdə fəaliyyətin gücləndirilməsi üzrə  IDEA ilə yeni yaradılmış “Cavan” Gənclər Hərəkatı arasında əməkdaşlıq edilməsi, birgə layihələrin reallaşdırılması nəzərdə tutulur.

     

    Baxış sayı:
    190
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    12-12-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio