SON XƏBƏR
  • 07.11.2017 - 13:55
    Həkim Aygün Kazımovaya qadağa qoydu - FOTO
    Həkim Aygün Kazımovaya qadağa qoydu - FOTO

    Xalq artisti Aygün Kazımova “Daf Bama Music Awards - 2017”  beynəlxalq mükafatlandırma mərasimində iştirak edə bilməyəcək. Buna səbəb müğənninin keçirdiyi estetik əməliyyatlardır.

    Oxu.Az-a açıqlama verən plastik-rekonstruktiv cərrah, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov sənətkarın səhhətini qoruması üçün Aygün Kazımovaya bir sıra qadağaların qoyulduğunu və hələ bir müddət  uzaq məsafələrə gedə bilməyəcəyini söyləyib.

    “Aygün xanımın iki həftə əvvəl  keçirdiyi  müxtəlif bədən  şəkilləndirilməsi əməliyyatlarından sonra özünü  əla hiss edir. Buna baxmayaraq, əməliyyatın xarakterinə və protokoluna uyğun olaraq hələ bundan sonra 6 həftəyə qədər ilkin reabilitasiya dövrünə əməl etmək lazımdır.  Belə ki, hazırda Aygün Kazımovanın uzaq səfərlərə getməsi, aktiv şəkildə idman məşqləri etməsi, avtomobil idarəsi etməsi ona qadağan olunub.

    Aygün Kazımovanın üzərində 3 növ cərrahi əməliyyat icra olunub. Bunlardan ikisi tam yeni, biri isə əvvəl aparılmış cərrahi əməliyyatın yenilənməsidir”, - deyə o bildirib.

    Qeyd edək ki, ötən il Aygün Kazımova ilk Azərbaycan müğənnisi kimi Almaniyada keçirilən “Daf Bama Music Awards”da iştirak edib və “Azərbaycanın ən yaxşı qadın sənətkarı” mükafatına layiq görülüb. Bu il də adıçəkilən beynəlxalq tədbirdə iştirak etmək üçün Azərbaycandan məhz Aygün Kazımova namizəd göstərilmişdi.

     

    Baxış sayı:
    121
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    26-05-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio