SON XƏBƏR
  • 08.11.2017 - 05:52
    Bakıda qadın həyat yoldaşını balta ilə qətlə yetirdi - FOTO
    Bakıda qadın həyat yoldaşını balta ilə qətlə yetirdi - FOTO

    Bakının Sabunçu rayonunda dəhşətli qətl hadisəsi baş verib.

      Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində yaşayan 45 yaşlı Vəliyev Nazim Fəxrəddin oğlu həyat yoldaşı ilə ailə münaqişəsi zəminində mübahisə edib. Bu zaman qadın onun baş nahiyəsinə balta ilə zərbə endirib. Nəticədə N.Vəliyev ölüb. Hadisəni törədən qadın (ad-soyad açıqlanmır) Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisə baş verən zaman N.Vəliyev sərxoş olub. Bildirilir ki, son vaxtlar ailədə hər gün münaqişə olurmuş və N.Vəliyev evə içkili vəziyyətdə gələrək həyat yoldaşını döyürmüş. O, fəhləliklə məşğul olub.

    Ər və arvadın birgə nikahdan iki övladı var. /report/

     

     
     
     
    Baxış sayı:
    146
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    15-08-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio