SON XƏBƏR
  • 08.11.2017 - 06:54
    Tünzalə Ağayeva uşaqlara sevgiylə – FOTOLAR
    Tünzalə Ağayeva uşaqlara sevgiylə – FOTOLAR

    Əməkdar artist Tünzalə Ağayevanın Şağan qəsəbəsində yerləşən 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi və Suraxanı rayonundakı 2 saylı uşaq evində xeyriyyə konserti təşkil edilib.

     T.Ağayeva tədbirdə əqli cəhətdən qüsurlu uşaqlar üçün bir-birindən sevilən hitlərini səsləndirib. Uşaqlar onlarla isti münasibət yaradan müğənnini meydanda tək qoymayaraq ifaçı ilə birgə rəqs edib, onun bəstələrini oxuyaraq şənləniblər.

    Tədbirdə ifaçının fan klubu da aktiv iştirakı ilə fərqlənib.

    T.Ağayeva xüsusi qayğıya ehtiyac duyan uşaqlara diqqət və səbirlə yanaşan internat evinin rəhbərliyi və müəllim kollektivinə təşəkkürünü bildirib.

    Qeyd edək ki, xeyriyyə konsertinin təşəbbüskarı və baş sponsoru olan Almaniyanın yüksək keyfiyyətli uşaq qidası “Humana AZ” uşaqlara hədiyyələr paylayıb.

    Baxış sayı:
    251
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    09-12-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio