SON XƏBƏR
  • 09.11.2017 - 08:03
    Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
    Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

    2009-cu ilin noyabrında Dövlət Bayrağı günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə olunub. Bayram olduğundan noyabrın 9-u ölkədə qeyri-iş günü sayılır.

    Xatırladaq ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin."

    Azərbaycan bayrağındakı göy rəng türklüyü, qırmızı rəng müasirliyi, yaşıl rəng isə islamı bildirir. Bayraq üzərindəki ayparanın müxtəlif mənaları var. Azərbaycan Demokratik Respublikasının bayrağı hazırlanarkən bu barədə heç nə deyilməyib. Lakin alimlər daha çox bunun islamın simvolu olduğu fikrindədirlər. Səkkizguşəli ulduz isə ADR dövründə ölkədə istifadə olunan köhnə ərəb əlifbası ilə “Azərbaycan” sözünün hərflərini əks etdirir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət bayrağı meydanının təntənəli açılış mərasimi keçirilib.

    Dövlət bayrağı meydanının açılması barədə sərəncam 2007-ci il noyabrın 17-də prezident İlham Əliyev tərəfindən imzalanıb. Meydan üçün seçilmiş yer orada ucaldılmış bu nəhəng bayrağı paytaxtın istənilən nöqtəsindən görməyə imkan verir. 20 000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2 metr, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təxminən 350 kiloqramdır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda quraşdırılan Azərbaycan Respublikasının gerbi, Dövlət himninin mətni və ölkə xəritəsi qızılı bürüncdən hazırlanıb.

    Meydanda, bunda başqa, Dövlət bayrağı muzeyi də yaradılıb.

     
    Baxış sayı:
    203
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    12-12-2018
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2018
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio