SON XƏBƏR
  • 10.11.2017 - 07:10
    Paytaxtda qadın sürücü qəza törətdi - FOTO
    Paytaxtda qadın sürücü qəza törətdi - FOTO


    Bakıda qadın sürücü qəza törədib, sürücülər arasında mübahisə yaranıb.

    Yol-nəqliyyat hadisəsi Nərimanov rayonunda baş verib.

    Belə ki, aeroport şossesində 99 CH 192 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobili idarə edən qadın sürücü qəfildən ötmə əməliyyatını yerinə yetirmək üçün qadağan edilən düz xəttin üzərindən sağ zolağa keçib. Bu zaman avtomobilin arxasında hərəkətdə olan 10 LM 970 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobili idarə edən Əsgərov Gündüz Murad oğlu idarəetməni itirərək, "Chevrolet"ə çırpılıb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib. Hər iki sürücü arasında mübahisə yaranıb.

    "VAZ-2107"-də olan sərnişinlər hadisənin baş verməsində "Chevrolet"i idarə edən qadın sürücünü günahlandırıblar. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib və hər iki sürücünün izahatı alınıb.

    Fakt araşdırılır, avtomobillər isə cərimə meydançasına yerləşdirilib.

    Baxış sayı:
    48
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    18-12-2017
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2017
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio