SON XƏBƏR
  • 16.11.2017 - 08:17
    Bu da Natiq Əliyev gəmisi... - İlk səfərə çıxdı
    Bu da Natiq Əliyev gəmisi... - İlk səfərə çıxdı

    Xəbər verdiyimiz kimi, azərbaycanlı iş adamı, "Palmali Şirkətlər Qrupu"nun prezidenti Mübariz Mənsimov yeni nəhəng gəmilərindən birinə Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin adını verib.

    "Qafqazinfo"ya daxil olan məlumata görə, artıq Natiq Əliyev gəmisi ilk səfərinə çıxıb. Gəmi Arktika, Norveç, Kanadada ümumilikdə dünya sularında neft ve neft məhsulları daşıyır. Eyni zamanda 4 növ yük daşıma qabiliyyətinə malikdir. Arktikada buzlarda rahat hərəkət edir. 

    Gəmidə Natiq Əliyev güşəsi də var, orada mərhum nazirin fotoları, onunla bağlı kitablar yer alıb.

    Qeyd edək ki, bir neçə gündən sonra noyabrın 23-də Natiq Əliyevin 70 illik yubileyidir.

    Xatırladaq ki, Mübariz Mənsimov Natiq Əliyevlə yaxın dost olduğunu açıqlamışdı: "Bu gəmi  çox özəl bir gəmidir. Buzları belə qıraraq üzən gəmi... Dünya sularında olacaq və dostumun adını okeanlarda tanıdacaq. Natiq Əliyevi yalnız Azərbaycan deyil, bütün Türk dünyası itirdi. Mən isə ən yaxın dostumu..."

     

     


    Baxış sayı:
    46
    Müəllif:
    Baku today
    BÜTÜN XƏBƏRLƏR
    Digər xəbərlər

    Günün Fotosu
    İtkinlər
     Diqqət! Məktəbli uşaqlar Bakı metrosunda itirdiklərini axtarırlar

    Valyuta hesablama
    18-12-2017
  • Hesabla
  • bakutoday.az | © 2012 - 2017
    © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad
    mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması mütləqdir.

    Paylaşım:
  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ


  • Design By
    Site by Javid Sultanov Studio